Hit Enter to search or Esc key to close
Blog thumbnail

Tufandağ

Tufandağ

Blog thumbnail

Tufandağ — Qusar və Qəbələ rayonu ərazisində dağ.

Baş Qafqaz silsiləsindədir. Hündürlüyü 4191 m. Yerli əhalinin məlumatına görə, bu ad dağda tez-tez şiddətli külək, çovğun, tufan qopması ilə bağlıdır. Dağ Tufan adı ilə də qeydə alınmişdır.[1]

Bu zirvə Böyük Qafqaz suayncı üzərində yerləşib konusu xatırladır. Yura şistlərindən əmələ gəlmiş bu dağın hündürlüyü 4191 metrdir. İl ərzində ən çox tufan və çovğun olduğuna görə ona Tufan adı verilmişdir. Yayılmış dini rəvayətə görə guya Nuhun gəmisindən qopmuş parçalar bu dağdakı göllərə düşmüşdür. Yağış, çovğun vaxtı həmin parçalar göllərin suyunun üzərinə çıxır, hava sakitləşəndə qeyb olur.[2] Təbii ki bu sadəcə bir əfsanədir

Leave a reply

Your email address will not be published. Required fields are marked *